Maraqlı
Milli.Az
"Opel" Rusiyanı tərk edir
Milli.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın “General Motors” korporasiyasının Almaniyadakı törəmə müəssisəsi olan “Opel” avtomobil istehsalı şirkəti Rusiyada onun məhsullarına tələbatın kəskin azalması ilə əlaqədar bu ölkəni tərk edir.
“Opel”in rəhbəri
Karl-Tomas Noymanbu günlərdə bildirib ki, Sankt-Peterburqdakı zavodda istehsal 2015-ci ilin sonunda dayandırılacaq.
dpa agentliyi Karl-Tomas Noymandan sitat gətirərək yazır: “Biz öz biznesimizi qoruyub saxlamaq üçün Rusiyada qətiyyətli tədbirlər görməli oluruq”.
Noyman “Handelsblatt” qəzetinə müsahibəsində qeyd edib ki, konsernin rəhbərliyinin qənaətinə görə, Rusiya bazarında nəinki ən yaxın perspektivlər, hətta ortamüddətli və uzunmüddətli perspektivlər də kəskin pisləşib.
Milli.Az