Dünya
Mənbə
ANS PRESS
Olland və Merkel qəza yerində (FOTO)
Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Fransanın cənubunda "Airbus A320" sərnişin təyyarəsinin qəza yerinə gəlib.
ANS PRESS-in məlumatına görə, bu haqda “Agence France-Presse” bildirib.
Helikopterlərlə hadisə yerinə gələn ölkə rəhbərləri xilas etmə işləri ilə yaxından maraqlanıb.
"Airbus A320" qəzasının yerində tapılmış "qara qutu" ekspertizanın keçirilməsi üçün Parisə aparılıb.
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi dünən günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
ANS PRESS