Ölkəmizin bütün bölgələri zəngin tarixə malikdir
Şəmkir, Sabir Əliyev,
AZƏRTACGəncəni, Şəmkiri və Göygölü gəzdikdən sonra gözəl bir ölkədə yaşadığıma görə özümü dünyanın ən xoşbəxti sandım.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasından Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya gələn qrupun tərkibində təmsil olunan Naxçıvanın Şərur rayonunun Qarahəsənli kənd orta məktəbinin XI sinif şagirdi Aytac Həsənova deyib.
O qeyd edib ki, mən bu bölgənin timsalında Azərbaycanın necə inkişaf etdiyinin şahidi oldum. Hər yerdə böyük abadlıq və quruculuq işlərini gördüm. Şəhərlərimiz, kənd və qəsəbələrimiz gündən-günə gözəlləşir. Bütün bunları görəndə doğma Vətənimə olan məhəbbətin daha da artdı. Söz yox ki, bütün bunlar ölkə başçımızın gərgin əməyinin nəticəsidir. Mən tur-aksiya iştirakçıları olan qrup yoldaşlarım adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.