İqtisadiyyat

Ölkəmizdə xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərarlarına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin mart ayı ərzində dörd şirkətə


turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq verilib.


Nazirlikdən

AZƏRTAC

-a bildirilib ki, bunlar “Greenvvich Travel Club”, “RSP”, “Bakıtrans” və “Eden travel” Məhdud Məsuliyyətli cəmiyyətlərdir. Bununla da ölkəmizdə xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.