Maraqlı

Ofis işindən iyrəndi, məşhurlaşdı - FOTO

Metbuat.az
"İzafi çəkimlə bağlı heç bir problemim yoxdur. Çəkimi normal, vücudumu gözəl sayıram. Özümdən narazı deyiləmsə, kimlərinsə məndən narazı və ya razı olması eynimə deyil.
 
Amerikalı Nadya Əbülhösn sürətlə populyarlaşan modellərdən biridir. Onun çəkisi 95 kq olsa da, dünyanın ən məşhur moda brendləri onunla anlaşmalar imzalamağa tələsirlər.
 
Belə tələskənliyin səbəblərindən biri də Nadyanın İnstagram-da fenomenə çevrilməyə başlamasıdır.
Nadya Əbülhösnün İnstagram profilinin artıq 160 mindən artıq daimi təqibçisi var.
 
Milli.Az The Telegraph-a istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan 26 yaşlı Nadya Əbülhösn dünya modasında normal çəkili qadın modellərə tələbatın artdığını da vurğulayır.
 
Bloqer Nadya elə bloqunun hesabına məşhurlaşmışdı. O, fotolarını çəkərək bloqunda yerləşdirir, geyimlər və makiyaj barədə postlar yazırdı.
 
"Özümü nə Rianna, nə də Beyonsa oxşatmaq, arıqlamaq, pəhrizlə əzab çəkmək niyyətində deyiləm. Qadınlar bilməlidirlər ki, onlar olduqları təki gözəldirlər", - Nadya bildirib.
 
22 yaşı olanda Florida ştatındakı ailəsini tərk edərək Nyu-Yorka yollanan və Harlemdə yaşamağa başlayan Nadya Əbülhösn əvvəllər ofisdə çalışırdı.
 
"Amma səhər saat 9-dan axşam 5-dək iş məni yordu. Ayda cəmi 1000 dollar maaş alırdım. İlk əvvəl bu məbləğ mənə yetərli idi. Amma düşünəndə ki, həyatımı ofisdə çürüdəcəyəm - çılğınlaşdım, işimdən iyrəndim. Belə həyata, işə son qoymaq qərarına gəldim. Moda bloqerliyinə başladım, populyarlaşdım. İndi də modellik edirəm", - N.Əbülhösn söyləyib.
 
Atası livanlı, anası amerikalı olan 26 yaşlı Nadya 2010-cu ildə moda bloqerliyinə başladı və cəmi bir neçə ayın ərzində onun bloqu həddən artıq məşhurlaşdı.
 
Əvvəllər ayda 1000 dollar maaş alan Nadya Əbülhösn indi həmin məbləği bir günə qazanır.
 
Mill.Az