İqtisadiyyat

Novruz bayramı ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən artıq 13 mindən çox sərnişin yola salınıb

Metbuat.az

Bakı, 18 mart, Gülnar Bəşirova,

AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.


Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev

AZƏRTAC

-a bildirib ki, sərnişin sıxlığı müşahidə olunacağı günlərdə gün ərzində ehtiyac olarsa, xəttə 250-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq.


Növbə rəisi qeyd edib ki, martın 16-dan bu günə kimi gün ərzində 500-dən çox nəqliyyat vasitəsi, 12-13 min sərnişin yola salınıb: “19-20 mart tarixlərində 600-dən çox nəqliyyat vasitəsi, 15 mindən çox sərnişin yola salınacağı nəzərdə tutulub. Əgər adi günlərdə 8-9 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 mindən çox olacağı gözlənilir. Adi günlərdə 350-400 nəqliyyat vasitəsi xəttə buraxıldığı halda, bayram günlərində onların sayı 600-dən çox olacaq”.


Bildirilib ki, bununla əlaqədar avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilib, qiymət intizamına nəzarət komissiyası yaradılıb.


Qeyd edək ki, gücləndirilmiş iş rejimi martın 28-nə kimi davam edəcək.