Növbəti səyyar qəbullar Suraxanı və Qaradağ rayonlarında keçiriləcək
Bakı, 10 mart,
AZƏRTACBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar martın 13–də Suraxanı və Qaradağ rayonlarında keçiriləcək.
BŞTİ-dən
AZƏRTAC-a bildiriblər ki, Suraxanı rayonu üzrə 84 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula rayonda fəaliyyət göstərən məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Qaradağ rayonu üzrə 166 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula da rayon ərazisindəki məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar Suraxanıda saat 10.00–da, Qaradağ rayonunda isə saat 13.30–da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin əməkdaşlarından ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.