Maraqlı

Nissan sahibləri üçün bəd xəbər

Metbuat.az
Yaponianın Nissan korporasiyası ABŞ və Kaneadada satdığı 640 minə yaxın avtomobili geri çağırmaq qərarına gəlib.
 
Səbəb avtomobillərdə sürücü üçün real təhlükə ola biləcək defektdir.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, servis aksiyası 2013-2015-ci illərdə istehsal olunmuş Nissan Altima modelinə şamil olunub. Bu maşınların kapot qıfıllarında nasazlıq var. Həmin nasazlıq avtomobilin hərəkətdə olduğu zaman kapotun qəflətən açılmasına səbəb ola bilər.
 
Şirkət geri çağırılan avtomobillərin hamısının pulsuz təmir ediləcəyini vəd edib.
 
Kapot qıfılının nasazlığı ilə bağlı Nissan dünya miqyasıneda artıq 1,1 milyon avtomobili geri çağırıb.
 
Milli.Az