Dünya

Nigeriyada törədilən partlayış nəticəsində 34 nəfər həlak olub

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 34 nəfər həlak olub.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, partlayış yerli bazarlardan birində törədilib. Hadisə zamanı, həmçinin onlarla insanın yaralandığı bildirilir.


Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın baş verdiyi şəhər tez-tez “Boko haram” qruplaşmasının hücumlarına məruz qaldığından budəfəki terror hadisəsinin də həmin qruplaşma tərəfindən törədildiyi güman olunur.