Dünya

Nigeriya ordusu Qvoza şəhərini “Boko Haram” terrorçularından azad edib

Metbuat.az

[ 27 Mart 2015 16:27 ]



Bakı – APA. Nigeriya ordusu ölkənin şimali-şərqində yerləşən Qvoza şəhərinə nəzarəti bərpa edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində “Boko Haram” terror qruplaşmasının mənzil-qərargahı məhv edilib.

Nigeriya ordusunun “Twitter”dəki səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, döyüşlər nəticəsində bir neçə terrorçu öldürülüb, qalanları əsir götürülüb.