Dünya
APA
Milli.Az
Netanyahu: "İranla "altılıq" ölkələri arasında aparılan nüvə razılaşmasına mane olacağıq"
İsraildə yeni hökuməti Binyamin Netanyahu quracaq
İsrail prezidenti
Reuven Rivlinhökuməti qurmaq səlahiyyətini seçkilərdə qələbə qazanan “Likud” partiyasının lideri və baş nazir
Binyamin Netanyahuya verib.
APA
-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, prezident R.Rivlin bu qərarını Qüdsdəki prezident iqamətgahında B.Netanyahu ilə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
B.Netanyahu isə öz növbəsində, özünü bütün İsrail vətəndaşlarının baş naziri adlandırıb: “İsrailin baş naziri olduğum üçün fəxr edirəm. Hazırda hökumətin qarşısında iki məsələ dayanıb: təhlükəsizliyimizi gücləndirmək və rifah səviyyəmizi artırmaq. Biz, eyni zamanda, İranla "altılıq" ölkələri arasında müzakirə olunan nüvə razılaşmasına da mane olmağa çalışacağıq”.
Milli.Az