Dünya
Nemtsovun qatilinin gizləndiyi yer bilindi
Rusiya müxalifətinin xarizmatik lideri Boris Nemtsovu qətl etməkdə şübhəli bilinən Zaur Dadayev Moskvada Federasiya Şurasının senatorunun qohumunun evində gizlənib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiya İstintaq Komitəsi müəyyən edib ki, Dadayev Federasiya Şurasının Çeçenistandan olan senatoru Süleyman Qeremeyevin qohumu Ruslan Qeremeyevin evində uzun müddət yaşayıb. O, sinayət baş verməzdən önjə də, sonra da həmin evdə qalıb.
Ruslan Qeremeyevlə Zaur Dadayev birlikdə "Sever" batalyonunda xidmət ediblər. Onlar Süleyman Qeremeyevin mühafizə strukturlarından birində işləməyə hazırlaşırmışlar. Sinayət baş verəndən dərhal sonra da Zaur Dadayev Ruslanın evinə gedib. Sinayətdən bir gün sonra Dadayev Qroznıya uçub, ondan əvvəl isə Moskvada imiş.
Milli.Az