Dünya
Mənbə
ANS PRESS
Nemtsovla bağlı yeni video (FOTO)
Rusiya müxalifət lideri Boris Nemtsovun öldürməkdə ittiham edilən Zaur Dadaev və Anzor Qubaşevin cinayəti törətdikdən sonra qaçarkən yeni görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, şübhəlilər hadisə zamanı istifadə etdiyi "ZAZ-Chance" avtomobilində görüntülənib.
"ZAZ-Chance" avtomobili cinayətdən qısa müddət əvvəl müşahidə kameralarına düşüb.
Avtomobil 2014-ci il sentyabr ayında alındığı bildirilir. Avtomobilin 12 min rubl məbləğində cəriməsi olub.
Zaur Dadaev və Anzor Qubaşevin həbs olunması haqda xəbər martın 7-də yayılıb.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.
ANS PRESS