Dünya

Nemtsovla bağlı həbs

Metbuat.az

Bu gün Moskvada siyasətçi Boris Nemtsovu öldürməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.



ANS PRESS-in KP.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya FTX-si rəhbəri Aleksandr Bortnikov bildirib. Saxlanılan şəxslərin iki nəfər olduğu deyilir.



Bunlar Anzor Qubaşev və Zaur Dadayev adlı şəxslərdir. Onların Qafqaz respublikalarından birindən olduqları deyilir. "Hazırda işlə bağlı təhqiqat davam edir. Operativ tədbirlər görülür", - deyə Bortnikov deyib.



Xatırladaq ki, siyasətşi Boris Nemtsov fevral ayının 27-də gecə saatlarında güllələnib. O, 4 güllə yarası alaraq qətlə getirilib. Hadisə zamanı onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya olub. Qadın hadisənin yeganə şahidir.

Mənbə
ANS PRESS