Texnologiya
Nəhəng İT şirkətləri gəlirlərini niyə gizlədir?
ABŞ-ın ən böyük şirkətləri milyardlarla dollar həcmində gəlirini ölkənin hüdudlarından kənara çıxarmaq istəyirlər. Hətta Apple, Microsoft və Google öz vəsaitini ofşor şirkətlərdə gizlədir.
Bloomberg agentliyi yazır ki, yalnız 2014-cü ildə ABŞ-ın səkkiz ən böyük texnologiya şirkəti ofşor şirkətlərdə ümumilikdə 69 milyard dollar gizlədib. Həmçinin Apple, Microsoft və Google şirkətləri bu siyahıda yer alıblar. Bu halda öz vəsaitini ABŞ-dan kənarda saxlayan Amerika şirkətlərinin ümumi sayı ötən il 8 faiz artıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşr tərəfindən keçirilmiş tədqiqat xaricdə nağdsız vəsaitləri haqda hər il hesabat verən ABŞ-ın 304 böyük şirkətini əhatə edib.
Məlum olub ki, Apple, Microsoft və Google və adı açıqlanmayan daha beş yüksəktexnologiyalı firma ABŞ iqtisadiyyatına 10 faiz zərər vurub.
Milli.Az