İqtisadiyyat

Neftin qiyməti yaxın illərdə $70-ı keçməyəcək

Metbuat.az

Rusiya maliyyə nazirinin proqnozuna görə yaxın illərdə neftin qiyməti 70 dollardan artıq olmayacaq.

Anton Siluanov deyib ki, büdcə doldurulması üzrə dinamikanın mənfiyə doğru dəyişəcəyini gözləyir.
"İlin əvvəlindən martın 19-na kimi büdcə gəlirləri 6 faiz azalıb".
 
Milli.Az BBC-yə istinadən bildirir ki, bundan əvvəl Siluanov Rusiya valyutasının yeni neft qiymətinə uyğunlaşdığı üçün rublun zəifləməsinə heç bir əsasın olmadığını deyib.
 
Martın əvvəlində nazir 2015-ci ildə inflyasiya səviyyəsinin 12,2% olacağını bildirmişdir.
 
Hazırda isə o inflyasiya səviyyəsinin 12 faizdən aşağı olacağını hesab edir.
 
Milli.Az