İqtisadiyyat

Neftin qiyməti ilə bağlı pis xəbər

Metbuat.az
OPEC ekspertlər təşkilatının nümayəndəsi bu barədə açıqlama verdi

Dünya bazarlarında neftin 1 barrelinin qiymətinin 100-120 dollar olması çətin ki, mümkündür.



Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə OPEC ekspertlər təşkilatının Səudiyyə Ərəbistanlı nümayəndəsi

Məhəmməd əl-Madi

açıqlama verib.



Səudiyyə Ərəbistanının regionda rəqibi olan İran neftinin və ABŞ şistinin qiymətinin aşağı salınması ilə bağlı suala cavab verən əl-Madi bildirib ki, krallıq neft sənayesində siyasi motivlərə uyğun qərarlar etmir.



"Neft nazirliyi siyasi məqamlara uyğun hərəkət etmir. Nazirlik bazardakı aspektlər və iqtisadi baxımdan qərarlar verir. Biz ABŞ şistinin istehsalına qarşı heç bir çıxış etməmişik, əksinə bazarda uzunmüddətli balansə səbəb olacağı üçün şist neftinin istehsalının inkişafını dəstəkləyirik", - deyə əl-Madi bildirib.



Milli.Az