İqtisadiyyat

Neftin qiyməti düşdü

Metbuat.az

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.



ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar azalaraq 49,65 dollar təşkil edib.



ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0.75 dollar azalaraq 57.78 dollara bərabər olub.



Qeyd edək ki, analitiklər isə neftin kəskin ucuzlaşmasını bazar iştirakçılarının dünya bazarında neft hasilatının OPEK ölkələri tərəfindən yüksək həcmdə saxlanması ilə izah edirlər.



Neftin qiymətinin 1 barrelə görə təxminən 40 dollara qədər azalacağı ehtimal edilir.


Mənbə
ANS PRESS