İqtisadiyyat

Neftin qiyməti bahalaşdı

Metbuat.az

Dünya birjalarında neftin qiyməti bahalaşıb.



ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 47,18 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,03 dollar artaraq 57,11 dollar olub.



Qeyd edək ki, neftin qiymətindəki müsbət dinamika ABŞ-da neft emalı sahəsində fəhlələrin tətili dayandırılması ilə bağlı məlumatların yayılması ilə əlaqəlidir.

Mənbə
ANS PRESS