İqtisadiyyat

Neft ucuzlaşmaqda davam edir

Metbuat.az

[ 30 Mart 2015 09:20 ]



Bakı. Yeganə Laçınzadə – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73 dollar ucuzlaşaraq 48,14 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 56,00 dollar olub.