İqtisadiyyat

“Neft daşları” yatağında yeni quyu qazılır

Metbuat.az

Bakı, 28 mart,

AZƏRTAC

“Neft daşları” yatağındakı 418A nömrəli platformadan 2611 saylı quyuda qazma işlərinə başlanılıb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1030 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunması nəzərdə tutulur.