İqtisadiyyat
"Neft Daşları" yatağında yeni quyu istismara verilib
“Report”
Azərbaycan Dövlət Neft Şirkətinə (
SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1 114-1 093 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.