Dünya
Mənbə
ANS PRESS
Nazirlər dolları müzakirə edəcək
Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nazirlər kabinetinin iclası keçiriləcək.
ANS PRESS-in məlumatına görə, iclasın əsas gündəm maddəsi devalvasiya – yerli valyutanın xarici valyuta qarşısında öz dəyərini itirməsi olacaq.
Ərdoğanın ABŞ səfərindən qayıdarkən iqtisadiyyat naziri Əli Babacan və mətkəzi bankın direktoru Ərdəm Başçı ilə görüşəcəyini deməsindən sonra Əli Babacan da vəziyyət barədə nazirlərə hesabat verəcək.
İclasın digər maddəsi isə “sülh prosesi” zamanı silahların buraxılması və daxili təhlükəsizlik paketinin müzakirəsi olacaq.
Qeyd edək ki, bu prezident Ərdoğanın rəhbərliyində keçirilən 2-ci nazirlər kabineti iclası olacaq.
Mənbə
ANS PRESS