Ölkə

“Naxçıvan” Universitetində bilik yarışı

Metbuat.az

Naxçıvan, 11 mart,

AZƏRTAC

“Naxçıvan” Universitetinin pedaqoji fakültəsinin riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə I kurs tələbələri arasında bilik yarışı keçirilib.


“Naxçıvan” Universitetinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli, riyaziyyat və informatika kafedrasının müdiri Məftun Əliyev çıxış edərək, bu cür tədbirlərin əhəmiyyətindən söz açıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.


Sonra yarışa start verilib.


On beş komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən, xarici dillər fakültəsinin “1+4 hazırlıq qrupu” komandası birinci, pedaqoji fakültənin “İnformation” komandası ikinci, xarici dillər fakültəsinin “The Snowdrop” komandası isə üçüncü yerin sahibi olub.