Naxçıvan Muxtar Respublikası ilə tanışlıq yeniyetmələrin vətənpərvərlik ruhunu yüksəldib
Salyan, 20 mart, Mahir Babayev,
AZƏRTAC“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Muxtar Respublikada olan maarifləndirici tur aksiyanın, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından olan şagirdlər martın 20-də doğma rayonlarına qayıdıblar.
“Naxçıvan Muxtar Respublikasının görməli yerləri və tarix-memarlıq abidələri ilə tanışlığımız vətənpərvərlik ruhumuzu xeyli yüksəltmiş, Vətənə sevgi hissimizi daha da gücləndirib”.
Bu sözləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində üç gün Muxtar Respublikada qonaq olduqdan sonra doğma şəhərə qayıdan Salyan rayon Qızılağac kənd tam orta məktəbin XI sinif şagirdi Həmid Həsənov
AZƏRTACA müsahibəsində deyib.
Həmsöhbətim bildirib ki, cənub bölgəsi rayonlarının məktəbliləri tur-aksiyadan zəngin təəssüratla qayıdıblar. Məktəblilər layihə çərçivəsində ölkəmizin qədimliyinin, zəngin təbiətinin, tarixi abidələrinin şahidi olublar. Qədim Azərbaycanın əzəli torpağı Naxçıvanın maddi-mədəni, tarix-memarlıq abidələri, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Möminə Xatun türbəsi, Açıq Səma Altında Muzey, Ordubad şəhərindəki tarix-diyarşünaslıq muzeyi, Yusif Məmmədəliyevin ev-muzeyi və digər tarixi abidələrimiz yeniyetmələrdə yüksək hislər yaradıb.
Aran bölgəsi rayonlarının “Ölkəmizi tanıyaq” tur-aksiyanın ikinci turunun iştirakçıları Naxçıvan Muxtar Respublikasına getmək üçün martın 21-də səhər saatlarında Salyandan Bakı şəhərinə yola düşəcəklər.