Texnologiya

Naxçıvan MR-də quraşdırılan POS-terminalların sayı 7 faiz artıb

Metbuat.az

Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 69 POS-terminal quraşdırılıb.


 


 


“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu, Naxçıvan Muxtar Respublikasının bu ilin yanvar-fevral ayları üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb. 


 


 


POS-terminalların ümumi sayı 1 mart 2015-ci il tarixə 936-ya çatıb.


 


 


Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.


 


 


CAHANGİR