Texnologiya

Naxçıvan MR-də iki ayda informasiya və rabitə xidmətlərinin həcmi 8 milyonu ötüb

Metbuat.az

Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 378 min manat olub.


 


 “ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu göstərici Naxçıvan MR-in 2015-ci ilin yanvar-fevral ayları üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.


 


Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 6 milyon 979 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələyib.


 


CAHANGİR