Dünya

Nasistlərin Argentinada sığınacağı tapıldı

Metbuat.az

Argentinanın Paraqvayla sərhədində İkinci Dünya müharibəsindən sonra nasistlərin sığınacağı ola biləcək bunkerlər aşkarlayıblar.



Milli.Az-ın məlumatına görə, "Clarian" qəzeti yazır ki, bina Misyones vilayətindəki milli parkın ərazisində yerləşir.



"İkinci Dünya müharibəsinin ortalarında Almaniya Hərbi Hava Qüvvələri nasist rəhbərliyi üçün gedilməsi çətin olan yerlərdə - səhralarda, meşələrdə sığınacaqların tikilməsi ilə bağlı planları reallaşdırmağa başlayıblar", - deyən arxeoloq

Daniel Şavelson

bildirib ki, bu yerin seçilməsi Paraqvaya yaxın olması ilə əlaqədar idi.



Tədqiqatçıların sözlərinə görə, qurğu üç binadan ibarətdir: yaşayış binası, anbar və müşahidə binaları. Bunkerlərin divarlarının eni 3 metrə qədərdir.



Milli.Az