Dünya
Naira Zohrabyan "Çiçəklənən Ermənistan" Partiyasının sədri seçilib
[ 05 Mart 2015 17:59 ]
Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan parlamentinin deputatı Naira Zohrabyan “Çiçəklənən Ermənistan” Partiyasının sədri seçilib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, partiyanın növbədənkənar 8-ci qurultayında partiyanın parlament fraksiyasının katibi Naira Zohrabyan demək olar ki, yekdilliklə partiyanın rəhbəri seçilib. Onun namizədliyinin əleyhinə yalnız deputat Levan Xaçatryan səs verib.
İclas zamanı partiyanın əvvəlki lideri Qaqik Tsarukyan aktiv siyasətdən getdiyini açıqlayıb. O, partiyanın parlament fraksiyasının rəhbəri postunu da tərk edib.