Dünya
Mənbə
ANS PRESS
Muzeyə hücum: 8 ölü
Tunis paytaxtında terrorçuların muzeyə hücumu nəticəsində ən azı səkkiz turist həlak olub.
ANS PRESS-in məlumatına görə. bu barədə Tunis daxili işlər naziri Əli əl-Urui məlumat verib.
“Mosaique FM” radiosu bildirib ki, əsgər forması geymiş üç yaraqlı turistləri parlamentin yanında yerləşən Bardo muzeyində girov saxlayıblar.
Deputatların dediyinə görə, hadisə yerində atəş və partlayış səsləri eşidilib. Hakimiyyət qüvvələri turistlərin böyük hissəsini muzeydən çıxarıblar.
Amma muzeydə çox sayda turistin girov tutulduğu bildirilir. Parlament binası boşaldılıb. Muzeyin binası müsahirəyə alınıb.
Mənbə
ANS PRESS