Ölkə

Muxtar respublikada ilin əvvəlinə ÜDM-nin həcmi açıqlanıb

Metbuat.az

Naxçıvan, 16 mart,

AZƏRTAC

Muxtar respublikada cari ilin yanvar-fevral aylarında 304 milyon 134 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 faiz çoxdur. 


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, hər bir nəfərə düşən ÜDM-nin həcmi 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 1,7 faiz artaraq 691,1 manata (840,2 ABŞ dollarına) çatıb.


Muxtar respublikada yaradılan ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 156 milyon 909 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,3 faiz üstələyib.