İqtisadiyyat

Müharibə nefti bahalaşdırdı

Metbuat.az

Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyata başlaması neft qiymətlərinə təsir edib.



ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı müttəfiq ərəb ölkələriylə birlikdə Yəməndə hərbi əməliyyatlara başlayıb.



Bu hadisədən sonra dünya birjalarında neftin qiyməti sürətlə artmağa başlayıb. Brent tipli neftin 1 barrelinin qiyməti təxminən 5 dollar artaraq 59.71 dollara yüksəlib.



ABŞ yüngül xam neftinin qiyməti də yenidən 50 dolları ötüb. WTI neftinin qiyməti 51.98 dollara qədər yüksəlib.



Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar başlanana qədər dünya birjalarında neftin qiyməti ucuzlaşırdı.

Mənbə
ANS PRESS