Ölkə

Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb

Metbuat.az

[ 06 Mart 2015 18:33 ]



Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. 

Komitədən APA- ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında din sahəsində münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.