Dünya

Moskvada papaq atıldı

Metbuat.az

Moskvada Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biri Novruz Bayramı Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondu və Azərbaycan slavyan gənclər assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən möhtəşəm şəkildə qeyd edilib.



ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, tədbirin əsas məqsədi ilk öncə azərbaycanlıları bir süfrə arxasına yığmaq, ikincisi isə azərbaycanlı tələbələrə adət ənənələrimizi xatırlatmaq və yaşatmaq olub.



Çıxış edən Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev də tədbirin əhəmiyyətini qeyd edərək, soydaşlarımızın bayramını təbrik edib.



Tədbir təşkilatçıları AMİİ fondunun sərdri Şamil Tağıyev və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyevdə Novruz Bayramının Azərbaycan xalqının qədimliliyinin nümayişi olduğunu bildiriblər. Bayramın ölkəmizin həyatında özünəməxsusluğunu qeyd ediblər.



Tədbirdə Azərbaycanlılarla yanaşı Rusiya dövlətinin də ictimaiət və dövlət xadimləri də iştirak ediblər. Rusiya Dövlət Dumasının deputatı Dimitriy Savelyev çıxış edərək, Azərbaycan dövlətinə, azərbaycanlılara həmişə məhəbbət bəslədiyini qeyd edən millət vəkili, Rusiya və Azərbaycanın həmişə qardaş dövlətlər olduğunu vurğuladı və azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edib.



Bayram şənliyi novruz müsabiqələri ilə davam edirilib. Tələbələr arasında papaq atdı, yumurta döyüşü keçirilib, Novruz bayramı haqqında suallar verilib. Qaliblərə isə təşkilatcılar tərəfindən bayram sovqatı və qiymətli hədiyyələr təqdim olunub.



Tələbələrin milli rəkslərimizi canlandırması və musiqi alətlərimizdə ifası, yadda qalan məqamlardan olub. Ən maraqlısı isə azərbaycan dilini öyrənən Rusiyada böyüyən həmyerli gənclərimizin Suleyman Rüstəmin “Azərbaycana gəlsin” şerini səsləndirmələri olub.

Mənbə
ANS PRESS