Dünya
Moskvada Novodeviçye monastırında yanğın olub
Баку. 16 марта. REPORT.AZ/ Moskvada Novodeviçye monastırında ötən axşam güclü yanğın baş verib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, monastırın hündürlüyü 40 metr olan zəng qülləsində başlayan yanğının söndürülməsinə 16 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.