Dünya

​Moskva hökuməti məmurların 30%-ni ixtisar edəcək

Metbuat.az

Bakı. 17 mart. REPORT.AZ/ Moskva şəhər hökuməti dövlət qulluqçularının 30%-ni ixtisar edəcək.


"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda şəhər hökumətinin başçısı Sergey Sobyanin bildirib.


"Biz idarə və komitələrin ştat cədvəlini ayrı-ayrılıqda təhlil etdik. Ümumi ştatın 30%-nin ixtisar edilməsinin mümkünlüyü qənaətinə gəldik ", - o, vurğulayıb.


O, ixtisarların istehsalat prosesinə təsir etməyəcəyini də söyləyib.