Dünya
ANS PRESS
Moskva ailələri üçün "kirayə ər" xidməti
Moskva Bələdiyyəsi evini təmir edə bilməyən yoxsul ailələrə pulsuz xidmət təklif edəcək.
ANS PRESS-in məlumatına görə, "The Moscow Times" qəzeti bu xidmət göstərilən ailələrdən pul alınmayacağını yazıb.
Bu xidmətə "Kirayə ər" adı verilib. Belə ki, "kirayə ərlər" kasıb ailələrin evlərinə göndəriləcək və həmin şəxslər evdə pulsuz təmir işləri həyata keçirəcəklər
Həmçinin Moskva bələdiyyəsi imkanlı ailələrdən də evlərini təmiri müqabilində çox aşağı məbləğdə ödəniş alacaq.
Bələdiyyənin sədr müavini Andrey Beştanko Moskva sakinlərinin evlərinin təmirində "kişi işi" tələb olunan bütün işləri görəcəklərini deyib.
MənbəANS PRESS