Dünya
Milli.Az
Möcüzə uşaq
Amerikada qadın gözləmədiyi halda ana olub.
Anspress-in məlumatına görə, 24 yaşlı amerikalı
Brittani Yanqhamiləliyindən xəbərsiz olub.
Maraqlısı odur ki, Yanq hamam otağında övladını dünyaya gətirib. Qadın qarın nayihəsindəki güclü ağrılardan xilas olmaq üçün duş qəbul etmək istəyib.
"Mən ağrıları azaltmaq üçün hamama getdim. Orada yüngülcə qarnımın üzərindən basdım. Bir də gördüm ki, yerdə körpə gözlərini açaraq mənə baxır. Heç ağlamırdı da. Mən şokda idim. Bir neçə dəqiqiə sonra özümə gəldim və dünyaya uşaq gətirdiyimi dərk etdim".
Qadının evdəki rəfiqəsi dərhal tibb işçilərinə məlumat verib. Dərhal xəstəxanaya gətirilən ana və körpə tamamilə sağlam olublar.
Xəbərsiz ailəsinə sevinc bəxş edən qıza Mirakl adı verilib. Bu isə tərcümədə Möcüzə deməkdir.
Milli.Az