Dünya

Misir əcnəbi turistlər üçün viza rejimini sərtləşdirməyi planlaşdırır

Metbuat.az

Qahirə, 18 mart,

AZƏRTAC

Misir əcnəbi turistlərin ölkəyə gəlməsi üçün vizaların alınması qaydalarına dəyişikliklər etməyi planlaşdırır.


Misir KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, mayın 15-dən etibarən Ehramlar ölkəsinə fərdi qaydada gəlmək istəyən əcnəbilər irəlicədən öz ölkəsindəki Misir konsulluğundan viza almalıdırlar. Nəzərdə tutulan yeniliklər turist qruplarına şamil olunmayacaq. Yeni qaydalara görə, hazırda bir çox ölkələr üçün qüvvədə olan vizaların aeroportda alınması qaydası ləğv olunur.


Qeyd edilir ki, bu tədbir təhlükəsizlik məsələləri ilə də bağlıdır. Lakin turist axınına mənfi təsir göstərərsə, qaydalara yenidən baxıla bilər.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə