Ölkə

Mingəçevirdə zəlzələ olub

Metbuat.az

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Mingəçevir şəhəri ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, martın 10-da yerli vaxtla saat 02:12:22-də Mingəçevir ərazisində zəlzələ qeydə alınıb.

Yerin 27 km dərinliyində baş verən zəlzələ hiss olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az