İqtisadiyyat
Milli Gimnastika Arenasının qarşısındakı küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO
[ 05 Mart 2015 16:12 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Təmir işlərinin axşam saat 23:00–24:00 radələrində başa çatdırılması gözlənilir.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.