İqtisadiyyat

“Metrovaqonmaş” Bakı metropoliteninə yeni tipli elektrik qatarları göndərməyə başlayıb

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

“Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş”  ASC  81−760Б/761Б/763Б modelli vaqonlardan ibarət yeni tip elektrik qatarları göndərməyə başlayıb.


AZƏRTAC

Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ilk iki qatar Azərbaycana martın sonunda yola salınacaqdır. Aprel ayında daha bir qatarın göndərilməsi nəzərdə tutulub.


 Kontrakta görə, Bakı metropoliteni hər biri 5 vaqondan ibarət 3 qatar alacaqdır. Hər bir qatarın 81-760Б modelli iki əsas motor vaqonu, 81-761Б modelli iki aralıq motor vaqonu və 81-763Б modelli bir aralıq motorsuz vaqonu vardır. Sifarişçinin tələbi ilə vaqonların hər iki tərəfə keçidi var, lakin 81-760A/761A/763 vaqonlarından ön tərəfindəki dəyişikliklə, salonlarının interyeri və başqa rəngdə olması ilə fərqlənir.