İqtisadiyyat
Metronun “Gənclik” stansiyasında çıxışlardan biri müvəqqəti bağlanıb
Bakı, 7 mart, Gülnar Bəşirova,
AZƏRTACMetronun “Gənclik” stansiyasında kommunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı Tofiq Bəhramov adına stadion istiqamətdəki giriş-çıxış müvəqqəti bağlanıb.
Bunu
AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev bildirib ki, stansiyanın digər giriş-çıxışları açıqdır, bağlı olan giriş-çıxış isə gələn həftənin ilk iş gününə qədər açılacaq.
Metropoliten təmsilçisi “Gənclik” stansiyasındakı keçidlərdə bir müddətdir təmir işlərinin görüldüyünü xatırladaraq bildirib ki, artıq yerdəki mərmərlərin dəyişdirilməsi prosesinə də başlanılıb.