Maraqlı

Məşhur sənətçi oteldə biabırçılıq etdi - FOTO

Metbuat.az
Dünyanın ən populyar violonçelçilərindən biri, Almaniyanın Leypsiq Simli Kvartetinin (Leipzig String Quartet) solisti Stefan Arzberger dünən Nyu-Yorkda həbs olunub.
 
Milli.Az New York Post-a istinadən bildirir ki, polis 42 yaşlı violonçelçini şəhərin Manhetten səmtində yerləşən "Hudson Hotel"də saxlayıb.
Polisdən verilən məlumata görə, otelin dəhlizlərindən birində çılpaq dolaşan S.Arzberger qadına hücum edib. Violonçelçinin otelin barında narkotik maddələr qəbul etdiyi də vurğulanır.
 
Qadını boğmağa çalışmaqda və habelə quldurluqla oğurluqda suçlanan S.Arzberger bu səhər 100 min dollarlıq girovun müqabilində məhkəməyədək azadlığa buraxılıb.
 
S.Arzbergerin hücum etdiyi qadın isə ABŞ-ın Şimali Karolina ştatından olan 64 yaşlı turistdir.
 
Milli.Az