Maraqlı

Məşhur müğənni mikrofonu tamaşaçının başına çırpdı - VİDEO - FOTO

Metbuat.az

“Maroon” 5 qrupunun dünya turnesi qalmaqalsız ötüşmür.

Publika.az

yazır ki, Torontoda konsert verən qrupun səsləndirmə ilə problem yaşaması qrupun solisti olan

Adam Levayn

ı özündən çıxardıb. Səs rejissoruna mikrofonun işləməməsi ilə əlaqədar bir neçə dəfə işarə edən musiqiçi əsəblərinə hakim kəsilə bilməyərək, mikrofonu yerə çırpıb. Mikrofon isə birinci sırada dayanan qızın alnına çırpılıb. Bunu görən ifaçı dərhal fanatından üzr istəyib. Daha sonra isə onu səhnəyə çağıraraq minlərlə insanın qarşısında xanımdan üzrxahlıq edib.



Qızın alnı göyərsə də ifaçı davranışı ilə qızın könlünü alıb.









Milli.Az