İqtisadiyyat

Mərkəzi Bank və Təhsil Nazirliyi məktəblilər arasında müsabiqə elan edib

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycanın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə start verilir.


Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.


Mərkəzi Bankdan

AZƏRTAC

-a bildiriblər ki, müsabiqə 30 gün davam etməklə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə

www.musabiqe.edu.az

saytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (

www.edu.gov.az)

, Mərkəzi Bankın (

www.cbar.az)

və müsabiqənin (

www.musabiqe.edu.az)

rəsmi internet səhifələrində yerləşdiriləcək. İştirak etmək istəyənlər hazırladıqları filmləri aprelin 17-dək

www.musabiqe.edu.az

saytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün bu sayta müraciət edə bilərlər.


Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə müvafiq olaraq netbuk, planşet, e-book reader təqdim ediləcək. Fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.