Ölkə

Məktəbdə şagirdlərlə maarifləndirici görüş

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Bakıdakı 5 nömrəli tam orta məktəbdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə mütəxəssislər Elnarə Əliyeva və Məryəm Məmmədhəsənzadə şagirdlərə ”İqlimin dəyişməsi və insan sağlamlığı üçün təhlükəli 10 fakt”, “Xəstəliklərin profilaktikası üçün sağlam ətraf mühit haqqında 10 fakt”, “Siqaretin zərərləri, həqiqi təhlükələr-təhlükəli həqiqətlər! ” mövzularında mühazirələr oxuyublar.


Diskussiya şəklində keçirilən görüşdə mütəxəssislər məktəblilərin suallarını cavablandırıb, onlara maarifləndirici məlumatlar veriblər.


Sonda şagirdlərə mövzu ilə bağlı bukletlər paylanılıb.