Ölkə

Media nümayəndələri hərbi təlimləri izləyəcək

Metbuat.az

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin Konyada keçirilən “TURAZ Şahini 2015” birgə təlimləri davam edir.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 30-da və 31-də mətbuat nümayəndələri təlimləri izləyə biləcəklər.

Təlimlər aprelin 2-si başa çatacaq.