Ölkə
AZƏRTAC
Masallıda cüdo üzrə rayon birinciliyi başa çatıb
Masallı, 3 mart, Bağır Əliyev,
AZƏRTACMasallı şəhərindəki 2 nömrəli tam orta məktəbin idman zalında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC
xəbər verir ki, iki gün davam edən rayon birinciliyində 72 nəfər 11 çəki dərəcəsində mübarizə aparıb. Sonda qaliblərə diplomlar və medallar təqdim olunub.