Ölkə

Masallıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib

Metbuat.az

Masallı, 5 mart, Bağır Əliyev,

AZƏRTAC

 


Martın 5-də Masallı şəhərindəki Gənclər Mərkəzində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı və zəngin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.


Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviliyinə xidmət edir.


Çıxış edənlər rayonun idmançılarını əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Sonda idmançılardan bir qrupuna və veteran məşqçilərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.